80 ildən sonra toy fotosessiyası - bəy 102, gəlin 99 yaşında

24-02-2017, 10:46
239

80 ildən sonra toy fotosessiyası - bəy 102, gəlin 99 yaşındaÇində 80 ildir evli olan cütlüyə toy fotosessiyası çəkilib.

102 yaşlı Kinqlin Sinq və 99 yaşlı həyat yoldaşı Lişi Sinq 1936-cı ildə ailə qurub. Onlar kasıb olduqları üçün dəbdəbəli mərasim keçirə bilməyiblər.

Hazırda cütlüyün 6 uşağı, 5 nəvəsi və 4 nəticəsi var. 4 nəsil eyni evdə yaşayır.

2016-cı il aprelin 23-də evliliklərinin 80 illiyini qeyd edən yaşlılara yaxınları sürpriz edərək, onlar üçün toy fotosessiyası hazırlamaq qərarına gəliblər.

Belə ki, Lişiyə gəlinlik, Kinqlinə isə Çinin ənənəvi bəy libası geyindirilib.

   //Axsam.az