ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib

19-02-2017, 17:32
240

ABŞ-dan 117 kubalı miqrant deportasiya edilibSon 1 ay ərzində ABŞ-dan kubalı miqrant deportasiya olunub.

Məlumata görə, cümə günü, fevralın 17-də kubalı miqrantların qaytarılmasını təşkil edən reyslə Havanaya daha iki qadın göndərilib. Buna qədər isə kubalı miqrantları vətənə kommersiya aviareysləri və ya gəmi ilə deportasiya edirdilər.

Deportasiya ABŞ-ın miqrasiya siyasətinin dəyişməsi ilə əlaqədardır. Əvvəlki qanuna əsasən ABŞ ərazisinə daxil olan kubalılar burada vizasız qala bilərdilər.

ABŞ-ın əvvəlki prezidenti Barak Obama Ağ Evi tərk etməzdən bir neçə gün əvvəl kubalılar üçün miqrasiya rejimini ləğv etmişdi.

Bu qərar Kuba ilə münasibətlərin yaxşılaşması çərçivəsində qəbul edilmişdi.

   //Report