Neft emalı zavodunda PARTLAYIŞ - Ölənlər var

17-02-2017, 22:04
40

Neft emalı zavodunda PARTLAYIŞ - Ölənlər varÇinin şimal-şərqində zavodda baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub.

Hadisə nəticəsində xəsarət alanların da olduğu bildirlir. Lakin onların sayı barədə dəqiq məlumat verilməyib.

Məlumatlara görə, partlayış neft emalı zavodunda, qaynaq işləri aparılan zaman çənlərin birində baş verib.

Hadisədən sonra zavodda işlər dayandırılıb və işçilər təxliyə olunublar.

   //Trend