Türkiyənin baş nazirini bu unikal silahla qoruyacaqlar

17-02-2017, 21:51
27

Türkiyənin baş nazirini bu unikal silahla qoruyacaqlarTürkiyənin baş naziri Binali Yıldırımın 15 iyul çevriliş cəhdindən sonra gələn "sui-qəsd planları"na qarşı daha etibarlı mühafizəsi üçün tədbirlər görülür.

Baş nazir Yıldırımın "sui-qəsd planları"na qarşı daha etibarlı mühafizəsi üçün "Taser" adlı şok cihazları alınacaq.

25 fevralda rəsmi olaraq başlayacaq referendum kampaniyaları öncəsi Yıldırımın mühafizəçilərinin yeni cihazlarla təchiz ediləcəyi deyilir. "Taser" silahının mitinqlər kimi sıxlıq mühit üçün nəzərdə tutulduğu qeyd edilir.

Şübhəli 10 metr uzaqlıqdan saxlanıla biləcək

Şübhəli, qaçmağa çalışacağı təqdirdə, bu cihazla 10 metr məsafədən saxlanıla biləcək.

   //milli.az