Türkiyədə məktəblər bağlanıb

17-02-2017, 16:31
30

Türkiyədə məktəblər bağlanıbTürkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb.

Buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.
İnformasiyaya əsasən, ölkənin Van əyalətində 3 gündür fasiləsiz qar yağır. Əyalətin Gevaş rayonunda fevralın 20-dək məktəblər tətil edib. Ora 90 sm - 1 metr hündürlüyədək qar yağıb. Əyalətin başqa rayonlarında isə məktəblər bir günlüyə bağlanıb.
Türkiyənin Trabzon, Artvin, Rize, Ordu, Giresun, Hakkari və Sivas əyalətlərində məktəblər bir günlüyüə tətil edib.

  //report