Piylənən kişidən 61 kq şiş çıxdı

8-02-2017, 23:26
248

Piylənən kişidən 61 kq şiş çıxdıAmerikada həkimlərin piylənmə diaqnozu qoyduğu kişinin qarnından 61 kq-lıq şiş çıxdı.

Missisipi ştatında Rocer Loqan adlı kişi 10 ildən çox bu şişlə yaşayıb. Bu illər ərzində o, çox həkimə müraciət etsə də, eşitdiyi cavab eyni olub - sadəcə çox köksünüz.

İlkin ehtimala görə, şişin yaranmasına hansısa infeksiya səbəb olub. Xəstənin sözlərinə görə, əməliyyata kimi o, özünü çox narahat hiss edib. "Sanki, üzərimdə bir neçə kisə gəzdirirdim. Ayaqlarıma mane olmaması üçün şiş hissəni xüsusi kəmərlə bağlayırdım".

Bir çox həkim yaşlı kişini əməliyyat etməkdən imtina edib. Lakin onun həyat yoldaşı axtarışlarını dayandırmayıb və lazımi həkimi tapa bilib.

"O, məni xilas etdi. Nəhayət ki, uzun illərdən sonra mən ayaqlarımı birləşdirə bilirəm", - deyə Rocer bildirib.

   //istipress