Serbiyada sərnişin və yük qatarları toqquşub: 22 yaralı

12-01-2017, 15:17
9

Serbiyada sərnişin və yük qatarları toqquşub: 22 yaralıSerbiyanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində 22 nəfər xəsarət alıb.

Toqquşma Belqrad-Novi-sad dəmir yolunda Saylovo-Kisaç stansiyasının yaxınlığında baş verib.

Hadisə yerinə tibb işçiləri ilə birlikdə, polis və yanğınsöndürənlər cəlb olunub. Sərnişinlərin həyatı üçün təhlükə yoxdur.

  //Trend