Ölüm ayağında olan atasına baş çəkmir

12-01-2017, 13:31
5

Ölüm ayağında olan atasına baş çəkmirAmerikalı aktrisa və teleaparıcı Opra Uinfrinin 83 yaşlı atasına baxmadığı deyilir.

Varlı qadınlardan biri olan Opra qoca və xəstə atası Vernonla ildə iki dəfə danışır. İddialara əsasən, o, vaxtını dostları ilə keçirməyi üstün tutur.

Vernon deyir ki, qızı onunla yalnız öz ad günündə və bir də atasının ad günündə danışır.

"Biz ildə iki dəfə telefonda danışırıq. Söhbətimiz 20 dəqiqədən artıq olmur".

Uinfrinin yaxınlarının sözlərinə görə, aktrisa bir aylıq maaşı ilə bir gündə atasının bütün problemlərini, xəstəliklərini həll edə bilər, amma etmir.

"Opra böyük bir malikanədə yaşayır. Hər gün bağçadakı otlar yaşıl qalsın deyə, onlara görə, minlərlə pul xərcləyir, amma atasına bir qəpik də vermir. Vernon da qürurlu biridir. İndiyənək qızından pul istəməyib".

   //Axsam.az