Gürcüstan prezidentinin kürəkəni güllələndi

12-01-2017, 13:30
4

Gürcüstan prezidentinin kürəkəni güllələndiGürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri silahlı insident nəticəsində yaralanıb.

Məlumata əsasən, M.Qoqoçuri azı bir güllə yarası alıb. Hadisə yerinə polis və kriminalistlər gəlib. Ərazi əhatəyə alınıb. M.Qoqoçurinin xəstəxanaya çatdırıldığı bildirilir. Onun vəziyyəti barədə məlumat verilmir.  
 
Atəşin kim tərəfindən açıldığı məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  //APA