Andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

11-01-2017, 23:13
8

Andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəkABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.

Ölkənin hazırkı rəhbəri Barak Obamanın ölkə prezidenti postunu D.Trampa təhvil verməsinə hazırlıq işləri davam edir.
Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın - metro və avtobusların hərəkəti dayandırılacaq.
Qeyd edək ki, D.Tramp ABŞ-ın 45-ci prezidenti olacaq.

   //Report