Dünyanın ilk İnstagram toyu: bəy xoruz, gəlin dovşan idi

8-09-2015, 12:36
222

  Dünyanın ilk İnstagram toyu: bəy xoruz, gəlin dovşan idi
Britaniyada dünyanın ilk "İnstagram toyu" olub. Uels şahzadəsi Fillipin bibisi oğlu, 52 yaşlı Eşli Hiks amerikalı qlamur model, 34 yaşlı Kata de Sollislə evlənib.

Nikah və toy mərasimi Eşli Hiksin qəsrində, Oksfordşir qraflığında olub.

Qonaqlar arasında "Game of Thrones" serialının ulduzu Qvendolin Kristi və dünyaca məşhur modelyer, "Christian Louboutin" brendinin sahibi Kristian Labutin vardı.

Eşli Hikslə Kata de Sollis İnstagram-da tanış olmuşdular.

Eşli Hiksin anası ledi Pamela və bacısı İndi toyun çox maraqlı olduğunu deyiblər.

Toya Eşli Hiksin sabiq arvadı, 54 yaşlı dizayner Alleqra ilə nikahında doğulmuş qızları Ancelika və Ambrosiya, habelə Kata de Sollisin əvvəlki nikahda dünyaya gətirdiyi 11 yaşlı qızı Ancelika da qatılmışdılar.

    //milli.az