"British Airways"in reysləri təxirə salına bilər

15-12-2016, 17:10
14

"British Airways"in reysləri təxirə salına bilərBritaniyanın "British Airways" aviaşirkəti işçiləri də tətil elan etmək barədə qərar qəbul ediblər.

Böyük Britaniya aviaişçiləri tətili Yeni il bayramı ərəfəsində və dövründə təşkil etməyi planlaşdırıblar.

Məlumata görə, tətilin səbəbi onların aşağı əmək haqlarından narazılığı ilə bağlıdır.
Tətili dəstəkləmək fikrini "British Airways" şirkətinin 79 faiz əməkdaşı qəbul edib.

Tətilin dekabrın 21-dən başlanması planlaşdırılır.

Aviaişçilərin Həmkarlar Komitəsi "British Airways" rəhbərliyini tətil başlamamış danışıqlar masası arxasına oturmağa dəvət edib.

  //Trend