Tramp geri çəkildi

13-05-2016, 09:56
46

Tramp geri çəkildiABŞ-a müsəlmanların buraxılmaması ilə bağlı söylədiyim fikir sadəcə bir təklif idi.
 
Bu sözləri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.
 
"Ciddi problemimiz var. Bu, sadəcə təklif idi. Hələ ki, çağırış edilməyib. Bununla bağlı qadağa qüvvəyə minməyib. Belə bir qadağa qəbul olunsa belə, uzun müddət davam etməyəcək", - Tramp bildirib.
 
Qeyd edək ki, Tramp müsəlmanlara qarşı kəskin mövqeyi ilə tanınır.

   //axar.az