London taksilərində hamının gözlədiyi yenilik

30-11-2015, 16:05
75

London taksilərində hamının gözlədiyi yenilikİlin sonunadək London taksilərində internet olacaq. Yeni gətirilən nəqliyyat vasitələrində WIFI sisteminin quraşdırılması gözlənilir.

Bu barədə  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə əsasən, "Bakı Taksi Xidməti" MMC-yə məxsus olan taksilərə quraşdırılacaq sistem ilə bağlı artıq hazırlıq işləri gedir və bu ilin sonunadək bu istiqamətdə işlərin yekunlaşacağı gözlənilir.

Şəfa Mehmanqızı onu da əlavə etdi ki, yeni taksilərdə başqa yeniliklər də gözlənilir: "Bakı Taksi Xidməti" MMC-yə məxsus taksilərdə sərnişinlər neçə kilometr yol getdiklərini görə biləcəklər. Üstəlik sərnişin oturduğu salondan sürücünün səsini azalda, çoxalda da biləcək. Ümumiyyətlə, bu taksilər çox rahat və münasibdir. Xüsusən, uzaq yol gedənlər üçün. Çünki hər 10 kilometrə məbləğ aşağı düşür", - deyə NİİM-in mətbuat xidmətinin rəhbəri qeyd edib.

Ş.Mehmanqızının sözlərinə görə, artıq "Bakı Taksi Xidməti" MMC-yə məxsus yeni taksilərin az bir qismi istifadəyə verilib ki, onlar da hələ ki, yalnız mərkəz hissədə fəaliyyət göstərirlər.

Bu ilin aprel ayında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Nəqliyyat Nazirliyinin rəhbərliyinin təklifi ilə "Bakı Taksi Xidməti” MMC-nin yaradılması haqqında məlumat verib.

Onun sözlərinə əsasən, həmin MMC Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Xidmət birbaşa dövlətin nəzarətində olacaq.

Düşünürük ki, yeni tətbiq olunan bu taksilər sərnişinlərin ürəyincə olacaq. Çünki nəzərə alsaq ki, bu gün vətəndaş mənzil başına çatmaq üçün 2-3 avtobus dəyişir, təbii ki, bu,vətəndaş üçün səmərəli deyil. Bundan başqa, avtobuslarda yaranan sıxlıq, narahatlıq sərnişinə imkan verəcək ki, münasib qiymətə daha rahat şəkildə istədiyi yerə getsin.

   //ANS Press