Bakı-İstanbul reysi təxirə düşdü

20-11-2015, 15:10
79

Bakı-İstanbul reysi təxirə düşdüİstanbul-Bakı təyyarə reysi təxirə salınıb. Bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb. Qurumun saytında yerləşdirilən açıqlamada qeyd edilir ki, buna səbəb sabah gözlənilən fırtınalı havadır.

Hava şəraiti ilə bağlı olaraq təxirə salınan reyslər arasında sabah saat 14:35-də Heydər Əliyev hava limanından qalxan, saat 13:05-də isə adıçəkilən aeraporta çatmalı olan reyslər var.

Hava şəraiti ilə bağlı olaraq Atatürk hava limanından ümumilikdə 28 reys təxirə salınıb. Onların arasında Bakıdan əlavə Zaqreb, Cenevrə, Ərbil, Amsterdam, Vyana reysləri də var. Hava şəraiti daxili uçuşlara da mane yaradacaq. Belə ki, Türkiyənin bəzi şəhərlərinə olan uçuşlarda təxirə salınan reyslər arasındadır.

THY sərnişinlərə uçuşdan öncə hava limanı ilə əlaqə saxlayaraq reyslər barədə məlumatı dəqiqiləşdirmək tövsiyyə edilib.

  //ANS Press