Tələbə gənclər Ayan üçün aksiyaya başlayıb

9-03-2017, 11:19
433

Tələbə gənclər Ayan üçün aksiyaya başlayıbAzərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 7 yaşlı Beyləqan sakini Ayanın yeriyə bilməsi, yenidən öz həmyaşıdları ilə oynaya bilməsi üçün xeyriyyə aksiyasına start verir.
Həsənalıyeva Ayan Ramil qızı, 16.12.2010-ci il tarixində Beyləqan şəhərində anadan olub. 2014-cü ildən etibarən Ayanın oynaqlarında ağrılar olur və sağ ayağının diz oynağı tam açılmır. Bu şikayətlə ölkə daxilində və xaricində stasionar müalicə alıb, 30.08.15 tarixində sağ diz oynağından əməliyyat olunub. Bir çox yerlərə müraciət edilib. Ayana "Dəqiqləşdirilməmiş gənclik artriti” diaqnozu qoyulub və diz oynaqları şişkindir, sağ diz oynağı isə açılmır.
Ayanın müalicəsinin yalnız Almaniyada olduğu bildirilib və onun müalicəsi üçün 15.000 manat pul lazım olduğu bildirilib. Ayanın öz həmyaşıdları ilə gəzmək, oynamaq onun da haqqıdır. Bunun üçün tələbə-gənclər Ayanın yenidən yeriyə bilməsi üçün aksiyaya başlayıb.
Ayanın yenidən ayağa qalmasında, yeriməsində kömək olmaq istəyən hər kəs qeyd edilmiş hesablardan maddi dəstək ola bilər. Həmçinin, tezliklə aksiyaya dəstək olaraq Xeyriyyə yarmarkası keçirilməsi nəzərdə tutulub. Yarmarkada müxtəlif bəzək əşyaları, kitablar, rəsmlər, əl işləri və s. kimi əşyaların satılması nəzərdə tutulub. Toplanan məbləğ Ayanın müalicəsi üçün nəzərdə tutulmuş hesaba əlavə ediləcək. Sizlər də öz əşyalarınızı ATGTİ-nin ofisinə təqdim edərək akiyaya dəstək ola bilərsiniz.
Hesab rekvizitləri:

Bütün ödəmə terminallarından (PayPoint, MilliÖn və s.):

- Bank Respublika
- 380194400654571201
- 06810213

Əlaqə nömrələri:
- 050-758-58-50 (Həsən Əliyev)
- 077-641-84-85 (İlkin Mustafayev)

//Nəzər Media.az