Sabaha olan hava proqnozu: şaxta olacaq, yollar buz bağlacaq

17-02-2017, 15:13
76

Sabaha olan hava proqnozu: şaxta olacaq, yollar buz bağlacaqSabah, fevralın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  daxil olan məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq

   //Nəzər Media.az