Çaylarda sululuq səviyyəsi açıqlandı

11-01-2017, 13:24
20

Çaylarda sululuq səviyyəsi açıqlandıÖtən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Nəzər Media.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Yanvarın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Yanvarın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunub. Belə ki, Şirvanda və Salyanda 2 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Kür çayının Surra məntəqəsində və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2016-cı il yanvarın 09-da 458 sm), Şirvanda 341 sm (2016-cı il yanvarın 09-da 353 sm), Salyanda 303 sm (2016-cı il yanvarın 09-da 307 sm), Bankədə 233 sm (2016-cı il yanvarın 09-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 181 sm (2016-cı il yanvarın 09-da 183 sm) təşkil edir.

Çay

Hara tökülür (hansı sahildən)

Uzunluğu,km

Su toplayıcı sahəsi, kv.km

Yüksəklik vəziyyəti, m

mənbə

mənsəb

1

Kür çayı

Xəzər dənizi

1515

188000

2740

-27

2

Qanıx(Alazan)

Mingəçevir su anbarı

413

16920

2560

75

3

Qabırrı(İori)

Mingəçevir su anbarı

389

4840

2560

51

4

Xrami

Kür çayı (sağ)

220

8340

2422

255

5

Ağstafaçay

Kür çayı (sağ)

133

2586

3000

210

6

Kürəkçay

Kür çayı (sağ)

126

2080

3100

18

7

Araz

Kür çayı (sağ)

1072

102000

2990

-11

8

Arpaçay

Araz (sol)

126

2630

2985

780

9

Həkəriçay

Araz (sol)

128

5540

3080

268

10

Samur

Xəzər dənizi

216

4430

3600

-27

11

Pirsaat

Xəzər dənizi

199

2280

2400

-11

12

Bolqarçay

Mahmudçala gölü

168

2170

1710

-17


   //Nəzər Media.az