"British Airways" Azərbaycanı tərk edib

10-11-2016, 22:34
26

"British Airways" Azərbaycanı tərk edib"British Airways Plc." şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.

Bu barədə  Vergilər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

   //Report