Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olunub

9-11-2016, 21:30
19

Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olunub"Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir".

"BP-Azərbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən, axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.
 
"İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayırlar", - deyə T.Bayatlı əlavə edib.
 
Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.

   //milli.az