Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

12-04-2016, 15:55
40

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındıSülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.


Bu ilin əvvəlində Əfqanıstandakı sülhməramlılarımızın iki zabiti mükafatlandırılıb. Müdafiə Nazirliyindənverilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabitimiz Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mükafatlandırılıb.
Azərbaycan hərbçiləri Əfqanıstanda insanları xilas etdilər (VİDEO)

Tibb xidməti kapitanı Abdullayev Şükür Rüstəm oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı xəsarət almış insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.

Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.

Yanvar ayında Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

  //ANS Press