Cinsi azlıqların təbliğatına qadağa qoyuldu

3Rusiyada cinsi azlıqların təbliğatına qadağa qoyuldu. Duma qanun layihəsində “yeniyetmələr arasında qeyri-ənənəvi seksual münasibətlər”ə qadağa qoyulması ilə bağlı qərar qəbul edilib. Qərarın qəbul edilməsinə 463 deputat səs verib, 1 deputat isə bitərəf qalıb.

Formal dəyişilk “Uşaqların sağlığına və inkişafına zərərə vuracaq bütün informasiyalardan qorunması haqqında”, həmçinin “uşaqların qeyri-ənənəvi ailə dəyərlərini təbliğ edən məlumatlardan qorumaq məqsədilə” qanununa əlavə ediləcək.

Bu qanunu pozanlar isə 4 – 5 min rubl həcmində cərimə olunacaq. Vəzifəli şəxslər bu halda 10 dəfə çox cərimə ödəyəcək, hüquq şəxslərin cəriməsi bir milyon rubladək arta bilər. Qanunda qeyd olunub ki, əgər KİV və ya İnternet bu yöndə təbliğat apararsa, onda cərimələr artırılacaq.

Qanun layihəsi Federasiya Şurasına, senatorların razılığından sonra isə prezidentin imzalaması üçün göndəriləcək.

Qeyd edək ki, Rusiya əhalisinin 88%-i homoseksuallığın təbliğatına qoyulan qadağanı dəstəkləyiblər.

  //ANS Press